Pula qənaət etməyin hansı yolları var?

Bəziləri üçün pula qənaət etmək çətindir, xüsusən qiymətlərin artdığı, lakin istehlakın da artdığı müasir zamanda. Bununla belə, maliyyə təhlükəsizliyinizi artırmaq üçün atdığınız kiçik addımlar böyük dəyişikliklərə səbəb ola bilər. Pula qənaət etmək tamamilə nizam-intizam və metod məsələsidir. Pul qənaət etmək üçün həmçinin sabit gəlir və xərclərə nəzarət etmək bacarığı tələb olunur. Bu bacarığı müəyyən təcrübələri inkişaf etdirməklə əldə etmək olar. Bunun üçün ilk növbədə “mən bacarmıram” yox “necə edə bilərəm?” sualını özünüzə verin. Əmanət sahibi olmaq sizə maddi cəhətdən təhlükəsiz hiss etməyə, fövqəladə halları idarə etməyə və bəzi məqsədlərinizə çatmağa kömək edəcək. Pulunuza qənaət etməyinizə kömək edəcək 8 effektiv üsulu təqdim edirik:


Davamı →

Müvəqqəti maliyyə problemlərinin öhdəsindən gəlməyin yolları

Ailədə kimsə işini itirərsə və ya analıq məzuniyyətinə çıxarsa, insanlar tək maaşa yaşamağa məcbur olurlar. Bu həmişə asan olmur, xüsusilə əvvəllər çox pul xərcləmək vərdişi var idisə. Belə çətinliyin öhdəsindən gəlmək üçün nə etmək lazımdır?
Unutmayın ki, bu müvəqqətidir
Çalışın uzunmüddətli hədəflər haqqında düşünəsiniz. Əgər ipoteka götürmüsünüzsə, demək artıq öz evinizdə yaşayırsınız. Bunun üçün bir-iki il dözməyə dəyər.

Davamı →